...

Şahin Növrəsli finala çıxıb

Cəmiyyət Materials 18 İyul 2007 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul /müx.Trendlife Eldar Hüseynzadə/Tanınmış caz pianoçusu Şahin Növrəsli Montre şəhərində keçirilən məhşur caz müsabiqələrinin birində finala çıxıb. Bu haqda TrendLife-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva xəbər verib.

Yarımfinalda dünyanın 26 ölkəsindən olanlar iştirak ediblər. Finala isə Fransadan, Azərbaycandan, Kubadan, Avstriyadan olan iştirakçılar çıxdı. Məhz bunlar son qala-konsert verəcək. Bununla da qalibin adı müəyyən olunacaq. Bu gün Montrede Azərbaycan cazının təqdimatı keçiriləcək. Həmin proqramda bizim məhşur cazmenlərimiz Salman Qəmbərov, Fəxrəddin Dadaşov, Ruslan Hüseynov, Vaqif Əliyev, Mircavad Cavadov, Natiq Şirinov iştirak edəcəklər.

Onu da qeyd edək ki, hazırda mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də Montre şəhərindədir.

Xəbər lenti

Xəbər lenti