...

MOK vitse-prezidenti: Olimpiadanın keçirilməsi Bakıya 20 milyard dollara başa gələ bilər (video)

Cəmiyyət Materials 19 İyul 2007 17:13 (UTC +04:00)
MOK vitse-prezidenti: Olimpiadanın keçirilməsi Bakıya 20 milyard dollara başa gələ bilər (video)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ 2016-cı Olimpiadasının Bakıda keçirilməsi 20 mlrd. dollara başa gələ bilər. Bu barədə bu gün Bakıda mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

O etiraf edib ki, bu rəqəm yalnız təqribidir və oyunların keçirilməsi üçün artırılmış xərclər əsasında hesablanıb.

"Hazırda bu məsələ üzərində bizim ekspertlərimiz işləyirlər ki, onlar da bu sahədə müvafiq hesablamalar aparmalıdırlar. Amma təcrübə göstərir ki, hər bir Olimpiada əvvəlkindən baha başa gəlir",-deyə Ç.Hüseynzadə bildirib.

Bununla bərabər o qeyd edib ki, əgər Bakı qarşıdakı namizədlik yarışında qələbə qazana bilməsə, şəhər öz namizədliyini 2020-ci il üçün irəli sürəcək.

Xəbər lenti

Xəbər lenti