...

Bakı Gənclər Olimpiadası -2010 –nun keçirilməsinə namizədliyini irəli sürməyəcək

Cəmiyyət Materials 21 İyul 2007 11:09 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Bakı güman ki, Gənclər Olimpiadası -2010-nun keçirilməsinə namizədliyini irəli sürməyəcək.

Avqustun 6-da müraciət kampaniyasının başlanmasına və Beynəlxalq Olimpiya Komitəsinin Milli Olimpiya Komitələrinə sorğu vərəqələri göndərməsinə baxmayaraq, Azərbaycan yarışın keçirilməsinə iddia etməyəcək. 2010-cu il oyunlarının paytaxtının seçilməsində üstünlük hazır infrastruktura malik şəhərlərə veriləcək. Eyni zamanda Bakı Avropa Gənclər Festivalının keçirilməsi üçün müraciət edə bilər, bu festival kompleks xarakter daşıyacaq və Olimpiada- 2016 uğrunda mübarizə ərəfəsində yaxşı hazırlıq mərhələsinə çevriləcək.

2010-cu il oyunlarını keçirmək hüququ uğrunda mübarizənin favoriti Moskva hesab olunur, bu şəhər 1998-ci ildə Ümumdünya Gənclər Oyunlarına ev sahibliyi edib.

Xəbər lenti

Xəbər lenti