Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Hakimliyə namizədlərin imtahanlarının növbəti mərhələsi iyulun 30-da başlayacaq. Məhkəmə-Hüquq Şurasından çərşənbə axşamı Trend ə verilən məlumata görə, Hakimlərin Seçki Komitəsinin (HSK) bu gün keçirilən iclasında bu barədə qərar qəbul edilib. Şifahi imtahan iyulun 30-dan başlayaraq hər gün HSK-nın yeni binasında açıq, müşahidəçilərin iştirakı lə keçiriləcək.
Hakimliyə namizədlərlə keçirilmiş test üsulu ilə və yazılı imtahanlar nəticəsində 188 nəfər müvəffəqiyyət qazanıb.
HSK-nın bu günkü iclasında məhkəmə instansiyalarını dəyişdiklərinə, tutduqları vəzifələrdən azad edildiklərinə görə Məhkəmə-Hüquq Şurası tərəfindən bəzi Komitə üzvlərinin səlahiyyətlərinə xitam verildiyindən təşkilati məsələlərə baxılıb. Komitənin üzvü, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev yenidən HSK-nın sədri seçilib.