...

"Bizim yol" qəzetinin əməkdaşı 3 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunub(video)

Cəmiyyət Materials 26 İyul 2007 20:16 (UTC +04:00)
"Bizim yol" qəzetinin əməkdaşı 3 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunub(video)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Nəsimi rayon məhkəməsində cümə axşamı "Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynovun işinə baxılıb. Məhkəmə iclası qapalı keçirilib. Hakim Gülnarə Tağızadənin rəhbərliyi ilə keçirilən qapalı məhkəmə iclasında jurnalistin 3 ay müddənə həbsi barədə qərar çıxarılıb. Bu barədə Hüseynovun vəkili Vüqar Xasayev məlumat verib.

Vəkilin sözlərinə görə, 3 gün müddətində məhkəmənin qərarından şikayət veriləcək. Məhkəmə zalınadan çıxan Hüseynov Trend ə ittihamla razı olmadığını və baş verənləri provakasiya hesab etdiyini bildirib.

"Bizim yol" qəzetinin əməkdaşı Hüseynov Müşfiq Tofiq oğlu iyulun 24-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərifindən vəzifəli şəxsdən 3500 ABŞ dolları məbləğində rüşvət alarkən saxlanılıb. Bu barədə Respublika Prokurorluğundan məlumat verilib. Səbayel rayon məhkəməsinin qərarına əsasən, jurnalist 3 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ona qarşı CM-in 311.1-ci maddəsi ilə (rüşvət alma) cinayət işi qaldırılıb, araşdırma aparılır. Hazırda Müşfiq Hüseynov Nərimanov rayon Polis İdarəsində müvəqqəti təcridxanda saxlanılır.

Xəbər lenti

Xəbər lenti