...

Kinomatoqrafçılar İttifaqının katibi Abbas Əliyev: "İlk nəticəni iki-üç ildən tez görmək mümkün olmayacaq"

Cəmiyyət Materials 30 İyul 2007 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul \müx.TrendLife Eldar Hüseynzadə/Prezident İlham Əliyevin Azərbaycanda kino incəsənətinin inkişafı ilə bağlı sərəncamı ən vacib məsələlərdən birinə çevrilib. Belə sərəncamlar bu günə kimi olmayıb. Məhz buna görə yəqin bizim kino günü-gündən dərinliyə batırdı. Kinomatoqrafçılar İttifaqının katibi Abbas Əliyev hazırda bu sərəncam çərçivəsində görülən işlər barədə TrendLife-a məlumat verib.

- Bu sərəncam kinomatoqrafiyanın inkişafına hansı təsiri göstərəcək?

- Bizim kinomatoqrafiyanın bu sərəncama böyük ehtiyacı vardı. 1975-ci ildən kinomatoqrafiyanın nə mənəvi, nə də maddi imkanı yox idi. Buna baxmayaraq, dünya kinosu güclü şəkildə inkişaf edirdi. Hər yarımildən bir yeni texnologiya sistemi təzələnirdi. Məhz buna görə də Azərbaycan bu sahədə çox geridə qalırdı. Prezident sərəncamı ilə bu geriliyi aradan qaldırmağa kömək edəcək.

- Bir çoxları söylədi ki, sovet ittifaqı dağıldıqdan sonra Azərbaycan kinomatoqrafiyası aralıq mərhələdə idi...

- Mən sizinlə təmamilə razıyam. Düşünürəm ki, bizim aralıq mərhələmiz bu sərəncamla bitəcək. Bütün kinomatoqrafçılar kimliyindən, işindən asılı olmayaraq böyük ümidlə gözləiyrlər ki, hər şey yaxşı olacaq.

- Bununla paralel olaraq, beynəlxalq kino məktəbi də açıldı...

- Bəli. Kinomatoqrafçılar İttifaqı Rüstəm İbrahibəyovun təhəbbüsü ilə Beynəlxalq Kino Məktəbi açıdı. Orda ali təhsilli insanlar təhsil alacaqlar. Bütün kinomatoqrafçılar universitet bitirmələrinə baxmayaraq, kino sahəsinə yaxınlaşmaq istəsələr, orda təhsil alacaqlar. Mən inanıram ki, məktəb səmərəli işləyəcək.

- Bəs İncəsənət Universitetində kino fakultəsi necə olacaq?

- İncəsənət Universitetində kino təhsili sahəsində texniki bazanın möhkəmləndilməsi nəzərdə tutulub. Bu, kadrların hazırlanması və inkişafı üçün böyük dəstəkdir. Təsəvvür edək ki, biz ən yaxnı qurğuları aldıq. Bəs onu kim işlədəcək? Bunun üçün kadrlar lazımdır. Bu gün bizdə iri potensial var ki, 30-40 istedalı gənc illər keçdikdən sonra öz sözlərini kinomatoqrafiyada deyə biləcəklər. Gənclər həm Azərbaycanda , həm də xaricdə təhsil alacaqlar.

- Prezilentin sərəncamı çərçivəsində daha hansı işlər görülür?

- Dövlət Film Fondunun binası tikilir. Həmin binaya Rusiya arxivlərində saxlanılan Azərbaycan filmələrini gətirib yerləşdirəcəklər. Bu, yəqin ki, 2008-2018-ci illərdə nəzərdə tutulub. Bir şeyi də qeyd edim ki, birləşib Azərbaycan kinosunu qısa müddətdə lazımi səviyyəyə qaldırmağa kömək etməliyik.

- Kinomatoqrafiyanın inkişafı proqramı hazırdır?

- Bu təklif sahəsində Mədəniyyət və turizm nazirliyinin eksper qrupu işləyib. Bu proqramda kadrların hazırlanması, binanın yenidən qurulması, film fondunun tikilməsi və digər məsələlər qeyd edilib. Layihə paketi prezidentin sərəncamı ilə bütünlüklə işlənib, Nazirlər Kabinetinə təhfil verilib.

- Yeni kinoteatrların yaranması sahəsində hansı işlər görülür?

- Sərəncamda nəzərdə tutulub ki, respublikada kinokirayə yenidən qurulsun. Sirr deyil ki, Azərbyacanda kinokirayə pis vəziyyətdədir. Yeni kinokomplekslərin tikilişi nəzərdə tutulub. Belə ki, bu binalar dünya standartlarına cavab verəcək. Böyük zalı olan kinoteatrlar tikməyi planlaşdırılır. Burda müxtəlif kafelər, attraksionlar fəaliiyət göstərəcək. Bura gələn insanlar nəinki kinoya baxacaq, həm də dincələcəklər.

- "Nizami" kinoteatrlından başqa hansı kinoteatrların təmiri planlaşdırılır?

- "Nizami" kinoteatrından başlayaq. Məndə olan məlumata görə, bununla bağlı layihə hazırdır. İndi isə bütünlüklə kompleksin yenidən qurması gözlənilir. O, artıq beynəlxalq festivalları qəbul etməyə hazır olacaq. Hamı festival vaxtı zala düşməkdən şikayət edir. Hazırda muasir standartlara cavab verən ən böyük binamız "Azərbaycan" kinoteatrıdır. Həmin kinoteatrın zalı isə maksimum 180 nəfər tutur. Bundan başqa Heydər Əliyev adına saray təmirə dayandırılıb. Burda da yeni kino qurğuları quraşdırılacaq. Bu gedişlə həmin zalda da açıq festivallar keçirmək imkanı olacaq.

- Xüsusi auditoriya və uşaqlar üçün nəzərdə tutulmuş filmlər çox azdır.

- Haqlısınız. Axı bizdə kinokirayə və onun istehsalı mövcud deyil. Son illər maliyyə durumu çox aşağı vəziyyətdə idi. Belə imkanla necə istehsal etmək olardı? Bir çox kinomatoqrafçılar Sovet İttifaqı dağıldıqdan sonra kim nə ilə istədi, məşğul oldu. Bəziləri su satırdı, bəziləri isə sürücülük edirdi. Kino sənətinə tələbat yox idi. İndii isə yavaş-yavaş hər şey yerinə düşür. Əgər inişil iki azbüdcəli film çəkirdilərsə, artıq bu il dördü çəkilir. Buna rəğmən əsas sifarişçi dövlət özüdür. O, özü təxmin edir ki, ölkəyə hansı filmlər lazımdır. İnanıram ki, Mədəniyyət və turizm nazirliyinin yeni ekspert məsləhəti imkan verəcək ki, çəkilən filmlər bütöv və çoxsahəli olsun.

- Bəs Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kino studiyası yenidən qurulacaq?

- Azərbaycanda yeganə "Azərbaycanfilm" kinostudiyası mövcuddur. Və əlbəttə ki, danışdıqlarımız bütünlüklə ona da aiddir.

- Bəlkə əvvəlcədən proqnoz verəsiniz, bizim kino nə vaxt ayaq üstə qalxacaq?

- Bir az vaxt lazımdır. Yəqin ki, iki-üç ilə. İndi artıq texniki bazanın olmasına şübhə yoxdur. Həm də yaradıcılıq lazımdır. Bunda isə hələ ki, bizdə problem var. Bütün ümid gənclərədir.

Xəbər lenti

Xəbər lenti