...

Sxinvalidə azərbaycanlı Gürcüstan vətəndaşı döyülüb

Cəmiyyət Materials 31 İyul 2007 19:51 (UTC +04:00)

Gürcüstan, Tbilisi/ Trend müxbir N.Kirtsxaliya/ Marneuli rayonunun Şulaveri kəndinin 29 yaşlı sakini Rüfət Aslanov Sxinvali bazarında vəhşicəsinə döyülüb. Aslanovun jurnalistlərə bildirdiyinə görə, o, qarpız satarkən üç nəfər maska taxmış, əli silahlı şəxs ona yaxınlaşaraq 700 rubl tələb edib. Aslanov onların tələbini yerinə yetirməkdən imtina edəndə onu dəyənəklə amansızcasına döyərək mobil telefonunu əlindən alıblar. Sxinvali xəstəxanasının həkimləri zərərçəkənə ilkin tibbi yardım göstərməkdən imtina ediblər. Zərərçəkən Erqneti postuna çata bilib və orada ona yardım göstərilib. Daha sonra o, Qori xəstəxanasına aparılıb.

Xəbər lenti

Xəbər lenti