...

Fotoqrafçı Asim Talıbov Türksoy xətti ilə çəkilişdən qayıdıb.

Cəmiyyət Materials 1 Avqust 2007 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 avqust /müx. " Eldar Hüseynzadə/

İyulun 26-dən 30-na qədər Türksoy xətti ilə İstambulda fotoşəkillərin inkişafı istiqaməti üzrə iri layihə reallaşamışdır. Fotoqrafçı Asim Talıbovun "TrendLife"a verdiyi məlumata görə həmin tədbirdə dünyanın müxtəlif yerlərindən olan fotoqrafçılar yığışmışdır. Onların ümumi sayı 11 nəfər idi. Onlardan hər biri özləri ilə vətənlərini təmsil edən diskdə şəkillər gətirməli idi. Sonra isə onu slayd-şou kimi təqdim etməli idilər. Talıbov İçəri Şəhəri, Lahıcı, Daşkəsəni, və Azərbaycanın digər gözəl yerlərini göstərmişdir. Yəqin ki, gələcəkdə bütün fotoqrafların işləri ilə bağlı kitab buraxılacaq.

Xəbər lenti

Xəbər lenti