...

Klipmeyker Ülviyyə Könül dincəlmək qərarına gəlib

Cəmiyyət Materials 2 Avqust 2007 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust / "TrendLife" müxbir Vüqar Vüqarlı/ Tanınmış klipmeyker Ülviyyə Könül sentyabr ayına qədər heç nə çəkməyəcək. Bu haqda "TrendLife"a rejissor özü xəbər verib. "Mən tam dincəlmək qərarına gəlmişəm. Heç olmasa yayın sonlarına kimi. Hərçənd ki, təkliflər indi də olunur, lakin mən robot deyiləm, mənə də dincəlmək lazımdır" - deyə Könül qeyd etdi. Onu da qeyd edək ki, rejissor ABŞ-da dincəlməyə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti