...

Kino nümayəndələri öz bayramlarında bir yerdə toplaşmışdılar

Cəmiyyət Materials 3 Avqust 2007 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 avqust / "TrendLife" müxbir Eldar Hüseynzadə/

Kino bayramında kinomatoqrafçılar həddən artıq çox idi. Görün "TrendLife" müxbirinə Dövlət film fondunun rəhbəri Cəmil Quliyev nə danışdı: "Bu gün böyük bayramdır. Düşünürəm ki, bir ildən sonra biz artıq kino proseslərinin ilk nəticələrini görə biləcəyik. Əlbəttə ki, hər şey rejissorun intensiv işindən, yeni filmlərin istehsalından asılıdr. Filmlərin movzusu müxtəlif ola bilər. Hər şey rejissorun çəkdiyi səhnədən asılıdr. Elə filmlər çəkilməlidir ki, baxımlı, çoxlu gəlir gətirən, müxtəlif festivallarda iştrak etsin. Bilirsiniz kino işi fərdi prosesdir"

Aydın Kazımzadə- kinotarixçi, əməkdar mədəniyyət xadimi: "Bu gün bayramdır. Mənim üçün isə ikiqat bayramdır. Əvvala kino bayramıdır, ikincisi isə yerli kinomatoqrafiyanın inkişafı prosesi başlayıb. Bir bura toplaşan insanların üzlərinə diqqət yetirin. Görün nə qədər sevinc var. Bizdə hələ indiyənə qədər belə dekorasiyalar olmamışdır. Bir sözlə bu günkü bayramı hər bir insan üçün tam bayram adlandırmaq olar. Elçin Əzizov: "Əslində mənim bayramımdır. Çünki ixtisasca mən kinorejissoram. Hətta bu gün səhər tezdən təbrik ediblər. Məndə kino sahəsinin bütün işçilərini öz növbəmdə təbrik edirəm. Kino çox gözəl incəsənətdir. Bu elə bir sənətdir ki, enerjili ərzağı tamaşaçılarla bölüşürsən. Biz vətənpərvər mövzuları inkişaf etdirməliyik. Elə filmlər lazımdır ki, vətənə məhəbbətdən danışsın.

-Elçin Əzizov ŞHK-nin üzvü olub, indi müğənnidir nə vaxtsa rejissor ola bilərmi?

-Mənim bir sözdən xoşum gəlir. "Mən elə mənəm. Məndə min dənə mən var" ancaq yadımda deyil ki, bu frazaları kim söyləyib.

-Cavid İmamverdiyev: "Bəli doğrudan da hərəkət var. Bir çox müsabiqələr keçirilir, qısa metrajlı filmlər çəkilir. Mən hazırda çəkilən bir neçə filmlərin kadrlarını görmüşəm. Düşünürəm ki, indi azərbaycan kinosunda hansısa çərçivədə inqilab baş verib".

Ramiz Fətəliyev: "Son illər həqiqətən də kino sahəsində inkişaf var. Birincisi dövlət və mədəniyyət və turizm naziri bu işlə ciddi məşğul olur. Bundan başqa sözün yaxşı mənasında müəyyn himayədarlıq var. Mən sonuncu dəfə film çəkəndə əmin oldum ki, doğrudan da bizimlə maraqlananlar var. Hazırda yeganə problem texniki bazanın çatışmamasıdır. Bu barədə ciddi danışmaq lazımdır. Bazanın olmaması həqiqətən də mənfi haldır. Düşünürəm ki, gələcəkdə artıq iki-üç film görəcəyik".

Muxtar Maniyev: "Mən bütün kino nümayəndələrini təbrik edirəm. Allah eləsin bundan da yaxşı uğurlara nail olaq. Belə bir bayramın keçirilməsi Azərbaycan üçün müsbət haldır. Ümidvaram ki, gələn il bundan da yaxşı olacaq. Gələcəkdə bundan da yaxşı filmlər olsun. Fərqi yoxdur hansı mövzuda olursa olsun. Əsas odur ki, əsl film olsun".

Əbülfəz Qarayev: "Bir şeyi qeyd etmək istəyirəm ki, Azərbaycan müstəqillik qazandıqdan sonra dövlət büdcəsinin hesabına 7 film çəkilib. Yeri gəlmişkən keçən il dördü olub. Əgər saysaq ki, bu işlərdən ikisi iki seriyalıdır, onda artıq doqquz film alınır. Hər kəsi bu böyük bayram münasibətilə təbrik edirəm. İnanıram ki, gələcəkdə bizi kino sahəsində böyük uğur gözləyir".

Oktay Mirqasımov: "İlk nəticəni artıq görmüşəm. Bəlkə də ola bilər ki, bu hələ hiss olunmur, çünki konkret filmlər nümayiş olunmayıb. Çəkilən filmlərin sayına görə belə bir nəticəyə gəlmək olar ki, proses başlayıb".

Fəxrəddin Manafov: "Bu gün çox gözəl gündür. Mən öz sənətimi çox sevirəm. Özümü onsuz təsəvvür edə bilmirəm. Ona görə xoşbəxtəm ki, mənim peşəmin öz günü var. Düşünürəm ki, kinoda inkişafın ilk nəticəsini üç-beş ildən sonra görə biləcəyik. Artıq gənc rejissorlar, aktyorlar var. Bu yaxınlarda mən işlə əlaqədar İncəsənət Universitetində oldum, həqiqətən də istedadlı gənc aktyorlar var".

Cavanşir Quliyev: "Bu gün Kino Günüdür. Mən bura kino nümayəndələrini təbrik etmək üçün gəlmişəm. Hesab edirəm ki, hər il kino gününü qeyd etmək yaxşı işdir. O ki, qaldı ölkəmizin kinomatoqrafiyasının inkişafına, heç bir sahə ayrı ayrılıqda inkişaf edə bilməz. Hər şey bir biri ilə bağlıdır. Ən çox kino. Əgər ökədə hər hansı bir iqtisadi problem varsa, əlbəttə ki, bu kinoya təsir edir. Əgər ölkə təzə inkişafa doğru gedirsə deməli kino da irəlləməyə başlayır. Əlbəttə ki, hərəkət başlayıb, yəqin ki, problemlər çözüləcək. Mütləq yaxşı nəticələri gözləmək lazımdır".

Xəbər lenti

Xəbər lenti