...

Azərbaycan taekvandoçusu Unversiadada yarımfinala çıxmayıb

Cəmiyyət Materials 9 Avqust 2007 19:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Azərbaycan taekvandoçusu Təvəkkül Bayramov bu günlərdə Banqkoqda keçirilən Ümumdünya Universiadasının yarımfinalına çıxa bilməyib. Trend in verdiyi məlumata görə, azərbaycanlı idmançı dörddəbir final qarşılaşmasında dünya çempionatının bürünc mükafatçısı iranlı Yusif Kərimiyə məğlub olub. Görüş kifayət qədər dramatik şəraitdə keçib, qələbəyə hər iki idmançı yaxın olub, lakin iranlının həlledici zərbəsi hər şeyi həll edib, bu zərbə ona minimal 3:2 üstünlüy ilə qələbə çalmağa imkan verib.

Lakin 1/8 finalda Qazaxıstandan olan rəqibinə qalib gələn Bayramov üçün Kərimi ilə görüşdə uğursuzluğuna baxmayaraq Universiada hələ bityməyib. O təsəlliverici qarşlışmalarda çıxış etmək şansına malikdir. Lakin, bu o halda baş verə bilər ki, Afinada keçirlən Olimpiada - 2004-ün medalçısı olan Yusif finala çıxa bilsin.

Xəbər lenti

Xəbər lenti