...

"Bakının sirləri" proqramının aparıcısı Fuad Axundov: "Çalışacam daha bir neçə veriliş çəkim"

Cəmiyyət Materials 11 Avqust 2007 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /müx. "TrendLife" Eldar Hüseynzadə/ Fuad Axundovun Torontoya gedişindən sonra "Bakının sirləri" verilişi efirə çıxmadı. İndi isə Fuad Axundov Bakıdadır. Və "TrendLife" ona "Verilişin davamı olacaqmı?" sualı ilə müraciət etdi. "Burda qısa müddətdə olmağımdan istifadə edib, verilişin iki-üç buraxılışını hazırlamaq istəyirəm. Hər şey sponsor tapmağımdan asılıdır. Uzun məddətli layihədən danışmaq istəməzdim. Bu o demək deyil ki, veriliş bağlanır. Sadəcə bir də nə vaxt Bakıda olacağımı bilmirəm. Həm də həmin veriliş üzərində işləyən komandanı yığa biləcəm, ya yox. Lakin döndüyüm zaman çalışacam bir neçə veriliş hazırlayım. Mövzularda qıtlıq yoxdur. Təəssüf ki, real Bakı həyatında hər dəfə daha yeni qəmli süjetlər olur. Məsələn, səhiyyə işçilərinin evinin yanında yerləşən vaxtı ilə məşhur gəmi sahibi Ağayusif Dadaşovun evinin vəhşicəsinə dağıdılması faktı çox dəhşətlidir. Mən o evdən sadəcə bir neçə daş götürə bilmişəm. Həmin daşlarda nə qədər insan enerjisi var. Şəhər mədəniyyətini qum üzərində qurmaq olmaz. Lakin indi bu fakta Bakıda hər addım başı rast gəlmək olur. Mənə bu haqda danışmaq bir az çətindir. Mən baş verənlərə şahid kimi baxmaq iqtidarında deyiləm" - deyə Fuad qeyd etdi.

Xəbər lenti

Xəbər lenti