...

Fərhad Əliyevin vəkili məhkəmədə növbəti dəfə vəsatət qaldırıb

Cəmiyyət Materials 13 Avqust 2007 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir E.Cavadova/ Bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və təqsirləndirilən digər 17 nəfərin məhkəməsi davam edib.

Məhkəmə iclası başlayan kimi F.Əliyevin vəkili İsaxan Aşurov vəsatətlə çıxış edib. Vəsatət Səhiyyə Nazirliyinin balansında olan 5 obyektin, Ali və Apellyasiya məhkəmələrinin binasının, təhsil idarəsinin 140 və 15 saylı uşaq bağçalarının, Davud Aslan küçəsindəki zavodun yarımçıq tikilmiş sexinin qanunsuz özəlləşdirilməsi, israfetmə və rüşvətalma epizodlarına dair əlavə şahidlərin dindirilməsi ilə bağlı olub. Hakim vəsatətin müzakirəsini sonraya saxlayıb və mülki cavabdehlərin dindirilməsinə başlanılıb. Məhkəmə iclasında səhiyyə obyektlərinin qanunsuz özəlləşdirilməsi ilə əlaqədar 8 nəfər mülki cavabdeh dindirilib.

Qeyd edək ki, F.Əliyev, R. Əliyev və İqtisadi İnkişaf Nazirliyində çalışmış digər 17 şəxs rüşvətalma, israfetmə, vəzifədən sui-istifadə, dövlət əmlakının mənimsənilməsi və başqa cinayətlərdə təqsirləndirilirlər. Məhkəmə davam edir.

Xəbər lenti

Xəbər lenti