...

Müğənni Ədalət Şükürov: "Mən sabun toplamağı sevirəm"

Cəmiyyət Materials 13 Avqust 2007 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust / "TrendLife" müxbir S. Vəliyev/ Məhşur insanlar da estrada və kino ulduzlarını təkrarlamağı sevir. Bundan da daha çox onlar kolleksiya yığmağa meylli olurlar. Hamıdan təəccüblüsü isə milyarder Rotşildin topladığı "hərflər" olub. Tanınmış musiqiçi Elton Conun isə ən çox sevdiyi iş pul xərcləməkdir. Uşaq vaxtı o, plastinkaları bu gün isə bahalı fotoşəkillər, rəsm əsərləri, qızıl, bahalı maşın və geyim kolleksioneridir. Onun kollekisiyası 2,5 min müxtəlif əşya təşkil edir. Madonna isə Fridı Kalonun rəsmlərini, qrafit rəssam Janna Mişel Baskenin, art-deko Tamara de Lempik və Pikasso kimi klassiklərin rəsmlərini almağı sevir. Canni Versaçe isə qədim güzgü, divan və digər interyerləri toplamağı sevirdi. Aktyor Bred Pitt zinyyət əşyaları, şəkillər, qab-qacaq toplayır, Tom Henks isə qədim çap maşını. Bunlar hamısı körpəlikdən başalyır. Qızlar gəlinciklərlə oğlanlar isə maşınlarla oynayırdılar. Dövlət xadimi Uinston Çerçil isə ömru boyu əsgərlər toplamağı sevirdi. Onun bir neçə oyuncaqdan ibarət ordusu vardı. Və o, onlara rəhbərlik edirdi. Qubernator Arnold Şvarsnegger isə Hammer avtomobili həvəskarıdır. Məsələn onun avtomobil parkında hətta əsl tank da var. Kianu Rivz isə uşaqlıqdan motosikletlə maraqlanırdı. Onun bu məşğulliyyəti az qalmışdı ki, həyatını məhv etsin. Lakin həyatını məhv etməsə də bədənində həmişəlik iz qoyub. Ondan başqa Rivz motosiklet ötüşməyindən çox onları toplamağa üstünlük verir. Demi Mur isə yaxşı qızlar kimi gəlincik toplayır. Onun kolleksiyasında mindən çox Barbi və Ken yer alıb. Qiymətləri bir neçə min təşkil edir. 1960-cı illərin kino ulduzu Elizabet Teylor yalnız brilyant və zümrüd yığırdı. Zümrüd toplamağı həmçinin Marlen Ditrix yığırdı. Əvvəl o, kolumbiya zümrüdünü, daha sonra isə zümrüddən hazırlanmış bəzək əşyalarını toplamağa başlamışdı. Teleaparıcı və müğənni Valdis Pelş neçə illərdir ki, əsgər dəbilqələri toplayır. Belə ki onun kolleksiyasında 19-cu əsrin alman kaskası da var. Müğənni Valeri Meladze isə silah toplamağı sevir. Onun otağında ondan çox xəncər var. Azərbaycan estradasında isə Ədalət Şükürov "TrendLife"a bildirib ki, onun dörd növ kolleksiyası var. Onun dediyinə görə 1993-cü ildə dostu ona kəpənəklərdən ibarət kollesiya bağışlayıb. O vaxtan bu günə kimi dünyanın müxtəlif ölkələrindən harda olursa olsun mütləq kəpənək gətirir. Keçən il isə bu məşğuliyyətinə görə Tayvanda keçirilən kəpənək sərgisində olmuşdur.

-Kəpənəklər nələri ilə səni cəlb edirlər?

-Öz gözəllikləri və sakitlikləri ilə cəlb edirlər.

-Sənin məşğulliyyətin bir növ Paqanelin tutduğu kəpənəklərə, hörümçəklərə bənzəyir. Bəlkə o sənin uşaqlıq kumirin olub?

-Yox, nə danışırsınız. Mənim uşaq vaxtım kumirim Robin Qud, Ayvenqo, və əlbəttə ki, kosmanavt Yuri Qaqarin olub.

- Bəs sən özün kəpənəkləri torla tuturdun?

-Torla yox, əlimlə. Sonra onları iynə ilə deşib, qurudurdum. Düzdür məndə heç nə alınmırdı.

-Bəs kəpənəkləri deşməyə yazığın gəlmirdi?

-Yox. Bundan başqa mən kişi geyimi üçün sancaqlar da toplayıram. Onlar kişiyə güc, stil, eleqantlıq verir. Bundan başqa dəniz kolleksiyam da var ki, ora gəmiyə aid olan elementlər - zəncir, barometr, dəniz saatı, kompas daxildir. Ən çox sevdiyim isə güllərin şəklini çəkməkdir.

-Bir çoxları uşaq vaxtı konfet kağızlarını, markalar, kibrit kağızlarını, ətir qapaqlarını toplamağı sevirdilər.

-Mən uşaq vaxtı sabun toplamağı sevirdim. O vaxtlar yaxşı sabun az az tapılardı.

-Bəs niyə bu qədər müxtəliflik? Kəpənək, sancaq, gəmi inventarı?

- Bəziləri söyləyir ki, lap sonuncu pulumu kolleksiyalarım üçün xərcləyərəm. Bu fikirlə hardasa razıyam. Əgər düzgün kolleksioner olsan topladıqların özünə və nəvələrinə varlıq ola bilər. Mən öz qəlbimi incidə bilmərəm. Nə ürəyim istəyir onu da toplayıram.

-Ümumiyyətlə kəpənək olmaq istəyərdin?

-Mən istərdim delfin olum. Çünki bu canlını çox sevirəm. Həm də deyirlər ki, nə vaxtsa insanlar delfin olub.

Xəbər lenti

Xəbər lenti