...

Futbol üzrə çempionatda komandaların sayı yenə 14 oldu

Cəmiyyət Materials 14 Avqust 2007 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın futbol üzrə çempionatındakı komandaların sayı yenə 14 olacaq.

AFFA-dan Trend ə verilən məlumata əsasən, birincilikdəki çıxışını dayandıran "MKT-Araz"ın yerini "ABN-Bərdə" tutacaq. İmişlilərin imtinasından sonra Bərdə təmsilçisi güclülər dəstəsində çıxış etmək istədiyini bildirib və bu niyyətini müvafiq təminatlarla təsdiq edib. AFFA isə buna etiraz etməyib. Beləliklə, "ABN-Bərdə" ilk oyununu həftəsonu öz meydanında "Simurq"a qarşı keçirəcək.

Birinci turun "Olimpik"ə qarşı səfər matçına gəldikdə isə obyektiv səbəblərə görə bu qarşılaşmanın ehtiyat günlərinin birində oynanılacağı bildirilir.

Xəbər lenti

Xəbər lenti