...

Aktrisa Vəfa Rzayeva: "Uzun yubka dərin yarıqla qısa yubkadan daha çox qadını cazibədar edir"

Cəmiyyət Materials 15 Avqust 2007 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust / "TrendLife" müxbir S. Bayramlı/ Nə deyirlər desinlər ölkənin müasir mədəniyyət həyatı yeni gənc simaların peyda olmasına səbəb olur. Çətin keçid dövrunə baxmayaraq, bu lovğa şəxslərin nəyə görə belə olması barədə öz fikrini "TrendLife"a lazımı qədər tanınmış teatr və kino aktrisası Vəfa Rzayeva danışdı.

- Xahiş edirəm son işlərinizdən danışardınız.

-Hazırda məzuniyyətdə olduğumuz üçün teatr haqqında danışmayacam. Lakin kino işlərimiz var. Onlar içərisində ən vacibi Türkiyədə çəkiləcək filmdir. Bu filmdə dörd Hollivud aktyoru və Azərbaycandan tək mən dəvət olunmuşam. Əsər üzərində iş hərtərəfli mənim maraqlarıma cavab verir.

-Belə çıxır ki, Siz dünya ekranına çıxırsınız?

-Bircə onu deyə bilərəm ki, bu film mənim üçün özünəməxsus yer tutur. Mənə təklif olunan şansdan istifadə edəcəyəm. İnanıram ki, hər şey alınmalıdır.

-Gənc aktrisalar arasında kinoya çəkilməyi ən çox sizə təklif edirlər. Sizcə bu nə ilə əlaqədardır?

-İnanın ki, bilmirəm. Amma mən həmişə özümü şanslı aktrisa bilmişəm. Bundan başqa öz işimə ürəklə yanaşıram. Baxmayaraq ki, televiziya filmlərindən qaçıram amma həmişə də onlarla işləyirəm.

-Sizin Xumar Qədimova və Aygün Kazımova ilə münasibətləriniz necədir?

- Mən heç onları görürəm ki, hansısa münasibətdən danışım. Mənim öz həyatım tərzim onlarnı öz həyatları var. Mən aktrisayam. Əgər müğənni olsaydım onlarla tez-tez görüşərdim. Deməli xoşbəxt insanam ki, onlarla görüşmürəm.

-Nəyə görə "Maşın" şousunda yola getmirdiniz?

-Sözün düzü mən özüm də bilmirəm ki, onlara neyləmişdim. Onların mənə münasibətlərini özüm də başa düşmürdüm. Şou iştirakçılarının bir qismi mənə söyləyirdilər ki, sən gəncsən, qəşəngsən, onlardan güclüsən ona görə belə edirlər. Uzun sözün qısası məni qısqanırdılar.

-Oxumağı necə, düşünmürsünüz?

-Qəti şəkildə yox. Mən həmişə belə şeyin əleyhinə olmuşam. Bəzi aktrisalara da demişəm ki, gözəl aktrisa olaraq qal. Oxuma.

-Elə aktrisa var ki, özlüyündə deyirsən bu aktrisa deyil?

-Var. Özü də çoxdur. Hətta adlarını da çəkə bilərəm. Sadəcə problem istəmirəm.

-Sizə verilən obrazlar lazımı qədər vulqar olur. Bu şəxsi həyatınızda problem yaratmır ki?

-Heç vaxt. Mən və mənim kinodakı obrazlarım tam fərqlidirlər. Bir şey də deyim ki, cazibədarlıq soyunmaqda deyil. Uzun yubka dərin yarıqla qısa yubkadan daha çox qadını cazibədar görsədir.

-Bəziləri elə hesab edir ki, siz ailəli deyilsiniz. Məhz buna görə güclü rollar ifa edirsiniz...

-Nəzərinizə onu da çatdırım ki, hər bir rolumu ilk növbədə həyat yoldaşımla məsləhətləşirəm. Mənim iki uşağım var. Və həyat yoldaşım həmişə məni dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti