...

Türkiyəli həkimlər Tovuzda plastik əməliyyatlar keçirəcəklər

Cəmiyyət Materials 17 Avqust 2007 18:04 (UTC +04:00)

Azərbaycan, Tovuz / Trend müxbir N.Fətullayeva / Xüsusi ilə üz və bədəninin müxtəlif nahiyələrində yanıq izləri, anadangəlmə və digər fiziki qüsurları olan Tovuz sakinləri Türkiyəli cərrahlar tərəfindən əməliyyat olunacaqlar. Bu haqda Tovuz rayonunda səfərdə olarkən Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu məlumat verib.

Səfir bu əməliyyatların Türkiyənin peşəkar cərrahları tərəfindən təmənnasız olaraq həyata keçiriləcəyini deyib. Əsasən xəstə uşaqların cəlb olunacağı plastik əməliyyatlar yaxın vaxtlarda gerçəkləşəcək. Bunun üçün səfir ölkəsini məlumatlandıracağını və ən qısa zaman ərzində əməliyyatların keçiriləcəyini bildirib.

Tovuz rayonu Azərbaycanın qərbində, paytaxt Bakı şəhərindən 420 km məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti