...

Azərbaycanlı gimnastlar Lyublyanada Dünya Kuboku mərhələsində çıxış edəcəklər

Cəmiyyət Materials 23 Avqust 2007 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanlı gimnastlar Aliya Qarayeva və Anna Qurbanova avqustun 25-də Lyublyanada start götürəcək Dünya Kuboku mərhələsində iştirak edəcəklər.

Yarışa dünyanın bütün güclü gimnastları qatılacaq. Bunların arasında ukraynalı Anna Bessonova və Natalya Qodunko, rusiyalı Vera Sessina, Olqa Kapranova, Yevgeniya Kanayeva və Olqa Struçkova, bolqarıstanlı Simona Peyçeva və Elizabet Paysiyeva, belaruslu İnna Jukova, ispaniyalı Almudena Sid, qazaxıstanlı Aliya Yusupova kimi gimnastlar var. Avqustun 25-də onlar mütləq birincilikdə, bir gün sonra isə çoxnövçülüyün ayrı-ayrı növlərində qüvvələrini sınayacaqlar.

Bu yaxınlarda azərbaycanlı gimnastlar Banqkokda keçirilən Ümumdünya Universiadasında çıxışlarını başa vurublar. Burada Qarayeva ilə Qurbanova proqramların ayrı-ayrı növləri üzrə finala yüksələ biliblər.

Xəbər lenti

Xəbər lenti