...

Şəkinin içməli su ilə təhcizatı dayandırılıb

Cəmiyyət Materials 31 Avqust 2007 14:13 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend müxbir E.Quliyev/ Şəkiyə üç gündür ki içməli su verilmir. Şəki Su Açıq Səhmdar Cəmiyyətinin sədri Bayram Məmmədov cümə günü bildirib ki, içməli suyun verilməsinin dayandırılmasına səbəb bir neçə gün əvvəl dağlarda güclü yağış yağması nəticəsində su borularının həddən artıq yüklənməsi və sıradan çıxması olub.

Sel şəhərin su təssərrüfatına ciddi zərər vurub. Şəki şəhər İcra Hakimiyyətindən bildiriblər ki, sel nəticəsində təxminən 6000 manatdan artıq zərərin dəydiyi müəyyənləşdirilib.

Məmmədov bildirib ki, cümə gününü sonuna qədər Şəkiyə içməli suyun verilməsi bərpa ediləcək.

Şəki paytaxt Bakıdan 320 kilometr şimal-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti