...

1 saylı cəzaçəkmə müəssisəsində məhkum intihar edib

Cəmiyyət Materials 10 Sentyabr 2007 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ 1 saylı cəzaçəkmə müəssisəsində məhkum intihar edib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Mehman Sadıqov bazar ertəsi Trend ə bildirib ki, qəsdən adamöldürmə cinayətinə görə 11 il 3 ay azadlıqdan məhrum edilmiş 26 yaşlı Zahid Səfərov bazar günü müəssisənin hamamında özünü asıb. Məhkum ölümündən əvvəl yazdığı məktubda intiharında heç kimin təqsirli olmadığını bildirib.

Mərhumun meyidi ekspertizaya göndərilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

Bu gün özünə qəsdlə mübarizə günüdür.

Xəbər lenti

Xəbər lenti