...

Ötüstü hokkey üzrə Bakı açıq birinciliyinə start verilib

İdman Materials 23 Mart 2012 15:18 (UTC +04:00)
Bu gün otüstü hokkey üzrə yeniyetmə oğlanlar arasında Bakı şəhərinin açıq birinciliyi başlanıb.
Ötüstü hokkey üzrə Bakı açıq birinciliyinə start verilib

Azərbaycan, Bakı, 23 mart /Trend/

Bu gün otüstü hokkey üzrə yeniyetmə oğlanlar arasında Bakı şəhərinin açıq birinciliyi başlanıb.

Trend Azərbaycan Otüstü Hokkey Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, "Novruz" bayramına həsr olunan ənənəvi yarışda paytaxtın və Sumqayıtın 13-14 yaşlı oyunçulardan ibarət 4 komanda mübarizə aparır.

İlk turda birinci olaraq Bakının "Atasport-Binə" və Sumqayıtın eyni adlı klubları qarşılaşıb. Gərgin keçən oyunda qapılara qol vurulmayıb. Turun digər görüşündə "Təhsil" (Bakı) və UGİM (Sumqayıt) komandaları meydana çıxıblar. Həmin oyunda sumqayıtlılar hər hissədə 2 qol vuraraq 4:0 hesabı ilə qələbə qazanıblar. Rəqib qapıçısına topların 2-ni Rəşad Heydərov, 2-ni isə Musa Xəlilov keçirib.

Sabah II turda Bakı və Suqayıt komandaları öz aralarında görüşəcəklər. 13-14 yaşlı oğlan otüstü hokkeyçilər arasında paytaxtın açıq birinciliyi isə martın 25-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti