Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir E.Mehdiyev/
FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin rəsmi maskotunun adı aprelin 13-də, saat 11:30-da, Bakı Expo Mərkəzində keçirilən 11-ci Azərbaycan Beynəlxalq Səyahət və Turizm Sərgisində elan ediləcək.
Trend-in məlumatına görə, AFFA-nın saytına istinadən yaydığı məlumata görə, FIFA U-17 Qadınlarası Dünya Çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi tərəfindən turnirin rəsmi maskotu üçün ən yaxşı ad açıq müsabiqəsinin qalibi təqdim olunacaq.
Azərbaycandakı dünya çempionatının maskotunun adı açıqlanır
FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin rəsmi maskotunun adı aprelin 13-də, saat 11:30-da, Bakı Expo Mərkəzində keçirilən 11-ci Azərbaycan Beynəlxalq Səyahət və Turizm Sərgisində elan ediləcək
