...

"Xəzər Lənkəran" futbol klubunun 6 xalı silindi

İdman Materials 13 Aprel 2012 16:11 (UTC +04:00)
"Xəzər Lənkəran" FK-nın 6 xalı silindi. Bu barədə Trend cümə günü AFFA-nın rəsmi saytına istinadən məlumat verir.
"Xəzər Lənkəran" futbol klubunun 6 xalı silindi

Azərbaycan, Bakı, 13 aprel /Trend/

"Xəzər Lənkəran" FK-nın 6 xalı silindi. Bu barədə Trend cümə günü AFFA-nın rəsmi saytına istinadən məlumat verir.

FİFA-nın Nizam-İntizam Komitəsinin 30.11.2011-ci il tarixli qərarının 3-cü hissəsinin 4-cü bəndinə (Bu müddət ərzində borc ödənilmədiyi təqdirdə futbolçunun tələbinə əsasən klubun əsas komandasından təxirə salınmadan 6 xal çıxılsın. Xalların çıxılması yerli assosiasiya tərəfindən həyata keçirilsin) və FİFA-nın Nizam-İntizam Komitəsinin 29.03.2012-ci il tarixli təlimat məktubuna əsasən AFFA-nın İntizam Komitəsi tərəfindən aşagıdakı qərar qəbul olunub:

1. Unibank Premyer Liqası yarışlarında "Xəzər Lənkəran" FK-nın cari mövsümdə aktivindən 6 xal çıxılsın.

2. AFFA-nın bayrağı altında keçirilən bütün yarışlarda çıxış edən klubların nəzərinə çatdırılır ki, analoji hadisə ilə qarşılaşmamaları üçün FİFA, UEFA, AFFA və lisenziyalaşdırmanın bütün tələbləri yerinə yetirilməlidir.

Xəbər lenti

Xəbər lenti