...

"Barselona" erası bitdi: "Çelsi" ÇL-ın finalında

İdman Materials 25 Aprel 2012 02:20 (UTC +04:00)
Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində bir oyun baş tutub.
"Barselona" erası bitdi: "Çelsi" ÇL-ın finalında

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində bir oyun baş tutub.

Trend-in məlumatına görə, İspaniyanın "Barselona" klubu İngiltərənin "Çelsi" komandasını qəbul edib.

Xatırladaq ki, Londanda keçirilən ilk oyunda Didye Droqbanın qolu ilə meydan sahibləri kataloniyalıları 1:0 hesabı ilə məğlub etmişdilər.

Qarşılaşmanın 38-ci dəqiqəsində "Barselona" hesabı açıb. Qolu Serxio Buskets vurub. 43-cü dəqiqəsində İnyesta hesabı artırıb. Amma katolanların sevinci cəmi 3 dəqiqə çəkib. Ramires 45 dəqiqədə fərqlənib. İkinci hissənin axırıncı dəqiqələrdə Torresin qolu yekun hesabı müəyyənləşdirib - 2:2.

Final mayın 19-da Münhendə baş tutacaq.

Xəbər lenti

Xəbər lenti