...

İspaniyanın "Barselona" futbol klubunun yeni baş məşqçisi müəyyən olunub

İdman Materials 27 Aprel 2012 17:58 (UTC +04:00)
İspaniyanın "Barselona" futbol komandasının yeni baş məşqçisi müəyyən olunub.
İspaniyanın "Barselona" futbol klubunun yeni baş məşqçisi müəyyən olunub

Azərbaycan, Bakı, 27 aprel /Trend/

İspaniyanın "Barselona" futbol komandasının yeni baş məşqçisi müəyyən olunub.

Trend-in İspaniya KİV-lərinə istinadən verdiyi xəbərə görə, klubun prezidenti Sandro Rossel bu gün keçirilən mətbuat konfransında bildirib ki, mövsümün sonunda istefa verəcək Xosep Qvardiolanın yerinə komandanı baş məşqçinin köməkçisi Tito Vilanova əvəz edəcək.

Qvardiola iyunun 30-da başa çatacaq müqaviləsini uzatmaqdan imtina edib.

O deyib ki, komanda son bir həftədə iki yarışda məğlub olub və bu səbəbdən də qərarı açıqlamağın əsl vaxtıdır.

"Mən həmişə qısa müddətli müqavilələr bağlamışam, çünki "Barselona"da tələblər çox yüksəkdir", - o deyib.

Qvardiola "Barselona"nın baş məşqçisi olduğu 4 il ərzində çox yorulduğunu qeyd edib.

"İnanıram ki, yeni baş məşqçi daha "Barsa"ya verə bilmədiyimi komandaya bəxş edəcək", - Qvardiola deyib.

Xəbər lenti

Xəbər lenti