...

Lionel Messi növbəti mükafatını qazanıb

İdman Materials 15 May 2012 09:48 (UTC +04:00)
Son 3 ildə dünyanın ən yaxşı futbolçusu seçilən Lionel Messi növbəti mükafatını qazanıb. Trend-in məlumatına görə, “Barselona”nın argentinalı hücumçusu Avropa çempionatlarının bombardirinə verilən “Qızıl buts” uğrunda mübarizədə rəsmən qalib gəlib. Messi qitəmizdə mövsümdə ən çox qol vuran futbolçu olub. O, İspaniya çempionatında 50 dəfə fərqlənib
Lionel Messi növbəti mükafatını qazanıb

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir M.Əliyev/

Son 3 ildə dünyanın ən yaxşı futbolçusu seçilən Lionel Messi növbəti mükafatını qazanıb. Trend-in məlumatına görə, "Barselona"nın argentinalı hücumçusu Avropa çempionatlarının bombardirinə verilən "Qızıl buts" uğrunda mübarizədə rəsmən qalib gəlib. Messi qitəmizdə mövsümdə ən çox qol vuran futbolçu olub. O, İspaniya çempionatında 50 dəfə fərqlənib.

Mükafatın ötən ilki sahibi olan Kriştianu Ronaldo bu dəfə İspaniya çempionatının 2-ci bombardiri olub. Madrid "Real"ının portuqaliyalı hücumçusu 46 qolla, 92 xalla 2-ci, "Arsenal"ın hollandiyalı hücumçusu və kapitanı Robbi van Paresi 30 qol, 60 xala 3-cü yeri tutub.

Qeyd edək ki, mükafat Avropa İdman Jurnalistləri Assosiasiyasının (ESM) hər il vurduğu bu mükafat uğrunda mübarizədə "Böyük beşlik" çempionatlarında vurulan qollara 2 bal verilir.

Xəbər lenti

Xəbər lenti