...

Azərbaycan və Gürcüstanın "Avro 2020"-nin keçirilməsi ilə bağlı namizədliyi UEFA tərəfindən iyunun 30-da elan olunacaq

İdman Materials 8 İyun 2012 13:41 (UTC +04:00)
Azərbaycan və Gürcüstanın 2020-ci il futbol üzrə Avropa çempionatının keçirilməsi ilə bağlı namizədliyi UEFA tərəfindən iyunun 30-da elan olunacaq.
Azərbaycan və Gürcüstanın "Avro 2020"-nin keçirilməsi ilə bağlı namizədliyi UEFA tərəfindən iyunun 30-da elan olunacaq

Azərbaycan, Bakı, 8 iyun / Trend müxbir M. Əliyev/

Azərbaycan və Gürcüstanın 2020-ci il futbol üzrə Avropa çempionatının keçirilməsi ilə bağlı namizədliyi UEFA tərəfindən iyunun 30-da elan olunacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə cümə günü gənclər və idman naziri Azad Rəhimov bildirib.

Onun sözlərinə görə, digər namizədlərin Türkiyə, Şotlandiya, Uels, İrlandiya, həmçinin Bolqarıstan, Rumuniya olması gözlənilir.

"Bakı-nın 2020-ci il Olimpiya Oyunları üçün iddiaçı şəhər kimi təcrübəsi onu göstərdi ki, Azərbaycan daha çox kompleks idman yarışları keçirməlidir. Beynəlxalq Olimpia Komitəsinin Bakıda 2020-ci ildə Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı əsas iradları təcrübənin olmaması və Olimpiya standartlı komplekslərin azlığı ilə əlaqədar olub. Bu səbəbdən, Azərbaycan 2015-ci ildə ilk dəfə Avropa Olimpia Oyunlarını, 2016-cı ildə şahmat olimpiadasını, 2017-ci ildə İslam oyunlarının keçirilməsini planlaşdırır", - Rəhimov deyib.

Xəbər lenti

Xəbər lenti