...

"Neftçi"nin Çempionlar Liqasındakı növbəti rəqibi müəyyənləşdi

İdman Materials 20 İyul 2012 16:12 (UTC +04:00)
Son Azərbaycan çempionu "Zestafoni" səddini keçəcəyi təqdirdə "Jilina" (Slovakiya) - "İrona Kiryat" (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
"Neftçi"nin Çempionlar Liqasındakı növbəti rəqibi müəyyənləşdi

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Trend-in məlumatına görə, püşkatma zamanı təmsilçimiz "Neftçi"nin də rəqibinin kimliyinə aydınlıq gəlib.

Son Azərbaycan çempionu "Zestafoni" səddini keçəcəyi təqdirdə "Jilina" (Slovakiya) - "İrona Kiryat" (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

Son Azərbaycan çempionu buna qədər Gürcüstanın "Zestafoni" klubunu mübarizədən kənarlaşdırmalıdır. Bakıda keçirilən ilk görüşdə rəqibini 3:0 hesabı ilə məğlub edən "Neftçi" növbəti mərhələnin bir addımlığındadır. Bu komandalar arasında cavab görüşü iyulun 24-də Gürcüstanda keçiriləcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 31 iyul - 1 avqust və 7-8 avqust tarixlərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti