...

Azərbaycan komandaları Avropa Liqası ilə vidalaşdı (ƏLAVƏ OLUNUB)

İdman Materials 27 İyul 2012 00:59 (UTC +04:00)
Azərbaycanın "İnter" komandası UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Yunanıstan təmsilçisi "Asteras"la əsas vaxt ərzində 1:1 oynadı.
Azərbaycan komandaları Avropa Liqası ilə vidalaşdı (ƏLAVƏ OLUNUB)

("Xəzər Lənkəran"ın oyununun nəticəsi əlavə olunub. İlk xəbər saat 00:46-da yayımlanıb)

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Azərbaycanın "İnter" komandası UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Yunanıstan təmsilçisi "Asteras"la əsas vaxt ərzində 1:1 oynadı.

Trend-in məlumatına görə, penalti seriyası 4:2 hesabı ilə "Asteras"ın xeyrinə bitdi.

Qeyd edək ki, ilk oyunda da hesab 1:1 olmuşdu.

"Xəzər Lənkəran" da UEFA Avropa Liqasının cavab görüşündə Polşanın "Lex" komandasına səfərdə məğlub oldu və turniri tərk etdi. Oyun "Lex"in 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Hazırda Avrokuboklarda yeganə təmsilçimiz "Neftçi"dir. Flaqman UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində İsrailin "Hapoel" komandası ilə mübarizə aparacaq. İlk matç iyulun 31-də İroni Kiryat şəhərində baş tutacaq.

Xəbər lenti

Xəbər lenti