...

Azərbaycan gimnastı London olimpiadasında çıxışını başa vurub

İdman Materials 30 İyul 2012 14:32 (UTC +04:00)
Azərbaycan gimnastı Şakir Şıxəliyev Londonda keçirilən Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.
Azərbaycan gimnastı London olimpiadasında çıxışını başa vurub

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Azərbaycan gimnastı Şakir Şıxəliyev Londonda keçirilən Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

Olimpiya yarışlarının təsnifat mərhələsində altı tapşırığın yekununda 80,364 bal toplayan 21 yaşlı bakılı gimnast 40-cı yeri tutub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatında deyilir.

Şıxəliyev ən yaxşı nəticəni tramplindən tullanmada göstərib. Belə ki, hakimlər kollegiyası onu 15,433 bala layiq görüb. Bununla yanaşı, toplanan ballar Şıxəliyevin olimpiya turnirinin finalına çıxmasına imkan verməyib.

Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq ölkə olimpiadada bu növdə təmsil olunub. Bunadək bakılı Valeri Belenkiy 1992-ci ildə Barselonada MDB-nin birləşmiş komandasının tərkibində çıxış edərək komanda hesabında olimpiya çempionu, çoxnövçülükdə isə bürünc mükafatçı olmuşdu.

Şakirə gəlincə, onun məşqçiləri deyirlər ki, bu növdə nəticənin yaxşılaşdırılması və sabit çıxış üçün 3 şey lazımdır: xarakter, səylə çalışmaq və illər. Bundan əlavə, Şıxəliyev London 2012-yə qatılmaqla artıq kiçik qələbə qazandı. Bu, "əsas qələbə deyil, iştirakdır" olimpiya devizinin özü-özlüyündə böyük uğur olmasının tanınmasıdır.

Xəbər lenti

Xəbər lenti