...

Azərbaycan avarçəkəni London olimpiadasından medalsız döndü

İdman Materials 3 Avqust 2012 16:38 (UTC +04:00)
2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın akademik avarçəkəni Aleksandr Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla (M1X) final mərhələsində mübarizəyə qoşulub.
Azərbaycan avarçəkəni London olimpiadasından medalsız döndü

Azərbaycan, Bakı, 3 avqust /Trend/

2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın akademik avarçəkəni Aleksandr Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla (M1X) final mərhələsində mübarizəyə qoşulub.

Trend-in məlumatına görə, 22 yaşlı avarçəkənimizin rəqibləri Lassi Karonen (İsveç), Ondrey Sinek (Çexiya), Mahe Drisdeyl (Yeni Zelandiya), Alan Kempbel (Böyük Britaniya) və Marsel Haker (Almaniya) olub.

Avarçəkənimiz 2000 metr məsafəyə yürüş nəticəsində 7:09.42 nəticə ilə 5-ci yeri tutub.

Müvafiq olaraq, birinci yerə Yeni Zelandiya, ikinci yerə Çexiya, üçüncü yerə isə Böyük Britaniya idmançıları çıxıblar.

Xəbər lenti

Xəbər lenti