...

Azərbaycan güləşçiləri Rusiyada keçirilən yarışa qatılacaqlar

İdman Materials 29 Noyabr 2012 11:33 (UTC +04:00)
30 noyabr – 3 dekabr 2012-ci il tarixdə Mahaçqalada beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək.
Azərbaycan güləşçiləri Rusiyada keçirilən yarışa qatılacaqlar

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

30 noyabr - 3 dekabr 2012-ci il tarixdə Mahaçqalada beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, turnirdə sərbəst güləş üzrə yığma komandamızın bəzi üzvləri iştirak edəcəklər.

Baş məşqçi Saypulla Absaidovun başçılığı altında yığma komandanın 14 üzvü turnirdə qüvvəsini sınayacaq. Heyətdə Qalib Əliyev (55 kq), Ağahüseyn Mustafayev, Əhmədnəbi Qvarzatilov (hər ikisi 60 kq), Məhəmməd Müslümov, Gitinomaqomed Hacıyev (hər ikisi 66 kq), Əşrəf Əliyev, Murtuz Müslümov (hər ikisi 74 kq), Məhəmməd Əbdülxaliqov, Məhəmmədsultan Zakavov, İlya Xamikoyev (hamısı 84 kq), Aslanbek Alborov (96 kq), Aslan Dzebişov, Əli İsayev və Əli Məhəmmədabirov (hamısı 120 kq) yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti