Azərbaycan, Bakı, 17 yanvar /Trend/
İtaliyanın "Milan" və İspaniyanın "Real" (Madrid) komandaları Kakanın İtaliyaya qayıtması imkanlarını müzakrə etmək üçün danışıqlara başlayıblar.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, hazırda futbol klublarının prezidentləri Silvio Berluskoni və Florentino Peres arasında görüş keçirilir.
İlkin məlumatlara görə, "Real"ın braziliyalı yarımmüdafiəçisi Kaka "Milan"da icarə əsasında oynayacaq.
Dünən Milana baş çəkən Kaka klublar razılığa gələrsə, İtaliyaya qayıtmağa hazır olduğunu bildirib.