...

KİV: Kaka "Anji"də oynayacaq

İdman Materials 29 Yanvar 2013 12:22 (UTC +04:00)
"Real"ın 30 yaşlı yarımmüdafiəçisi kaka artıq bu gün "Anji"nin oyunçusu ola bilər.
KİV: Kaka "Anji"də oynayacaq

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

"Real"ın 30 yaşlı yarımmüdafiəçisi kaka artıq bu gün "Anji"nin oyunçusu ola bilər.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Mahaçqala klubunun direktoru Roberto Karlos keçən həftə Madirdə gedib və məhz braziliyalının Rusiya klubuna keçməsi məsələsi ilə məşğul olub.

Daha əvvəl məlumat verilirdi ki, Kakanı "Milan" da sıralarına qatmaq istəyir, lakin italyanlar maliyyə məsələlərinə görə futbolçudan imtina etməli olublar.

Braziliyalının kariyerasını davam etdirməsi üçün daha bir variant "Qalatasaray" idi, lakin türklər Kakanın yerinə Uesli Sneyderi transfer etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti