...

"Anji" Kakanın transferinə dair açıqlama verib

İdman Materials 29 Yanvar 2013 16:01 (UTC +04:00)
Mahaçqalanın "Anji" komandasının Direktorlar Şurasının üzvü German Tkaçenko klubun Madrid "Real"ının yarımmüdafiəçisi Kakaya maraq göstərməsinə dair məlumatı təkzib edib.
"Anji" Kakanın transferinə dair açıqlama verib

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Mahaçqalanın "Anji" komandasının Direktorlar Şurasının üzvü German Tkaçenko klubun Madrid "Real"ının yarımmüdafiəçisi Kakaya maraq göstərməsinə dair məlumatı təkzib edib.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Tkaçenko bu məlumatı yersiz sayıb.

"Anji" Kaka və "Real" ilə heç vaxt danışıqlar aparmayıb. Kaka ya "Real"da qalacaq, ya da "Milan"a keçəcək", - o bildirib.

Qeyd edək ki, xarici mətbuatda "Anji"nin Kakanı transfer edəcəyi barədə məlumatlar yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti