Azərbaycan, Bakı, 30 mart /Trend/
Bu gün Türkiyənin Samsun şəhərində cüdo üzrə Qran-Pri yarışlarına start verilib.
Trend-in məlumatına görə, yarışların ilk günündə Azərbaycanın 9 cüdoçusu mübarizəyə qoşulub.
İdmançımız Nicat Şixəlizadə 66 kq-da 1/8 final mərhələsində Ermənistandan olan rəqibi Armen Nazaryana qalib gəlib. O, 1/4 finalda qazaxıstanlı Sergey Limlə qarşılaşacaq.
60 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli türkiyəli Ahmet Kabanı məğlub edib, növbəti mərhələdə isə britaniyalı Eşli Makkenziyə qalib gəlib. Vüqar 1/4 finalda tunisli Fracu Dubinin də öhdəsindən gəlib. Cüdoçumuz 1/2 finalda monqolustanlı Amartuvşin Daşdavaa ilə görüşəcək.
Yarışın son günü - sabah mübarizəyə daha 8 cüdoçumuz qoşulacaq.