Azərbaycan, Bakı, 3 may /Trend, müxbir E.Tanrıverdiyev/
İspaniya klubunun portuqaliyalı futbolçusu Rikardu Karvaliyo karyerasını Rusiya klublarının birində davam etdirə bilər. Trend-in məlumatına görə, bu barədə İspaniya KİV-i xəbər yayıb.
34 yaşlı idmançının müqaviləsi bu ilin yayında bitir. Təcrübəli müdafiəçinin alınmasına əsas iddiaçı Mahaçqalanın "Anji" klubudur. Həmçinin futbolçunun xidmətlərində Qətər klubları da maraqlıdır.
Rikardu Karvaliyo 2010-cu ildən bəri "Real"da çıxış edir. Onun Londonun "Çelsi" klubundan "Real"a keçidi 9 milyon avroya başa gəlib. Bu vaxt ərzində o, İspaniya çempionu adını qazanıb.