...

Demba Ba “Anji” ilə danışıqlar aparır

İdman Materials 5 İyul 2013 13:01 (UTC +04:00)
İngiltərənin “Çelsi” klubunun hücumçusu Demba Ba növbəti mövsümdən etibarən Rusiyanın “Anji” klubunun heyətində çıxış edə bilər.
Demba Ba “Anji” ilə danışıqlar aparır

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir E.Tanrıverdiyev/

İngiltərənin "Çelsi" klubunun hücumçusu Demba Ba növbəti mövsümdən etibarən Rusiyanın "Anji" klubunun heyətində çıxış edə bilər. Trend-in məlumatına görə, bu barədə cümə günü "The Times" qəzeti xəbər yayıb.

Seneqal millisinin hücümçusu ötən qış transferi mövsümündə 7 milyon avro müqabilində "Nyukasl"dan "Çelsi"yə keçib.

Qeyd edək ki, ötən mövsüm İngiltərə çempionatında "Nyukasl" və "Çelsi" klublarının heyətində çıxış edən Ba 34 oyunda meydana çıxıb və 15 dəfə fərqlənə bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti