Azərbaycan, Bakı, 8 iyul /Trend/
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçuları səfərləri Rusiyanın "Aeroflot" aviaşirkətinin təyyarələri ilə həyata keçirəcəklər. Bu barədə Trend "Praym" agentliyinə istinadən məlumat yayıb.
Bu barədə saziş bazar ertəsi Böyük Britaniyada imzalanıb. Bundan əvvəl "Mançester Yunayted"in rəsmi daşıyıcısı "Türk Hava Yolları" idi.
Beləliklə, ilk dəfə bir Rusiya şirkəti xarici idman klubunun rəsmi daşıyıcısı olub.