Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İ.İzzət/
Azərbaycanla İran arasında güləş və ağırlıqqaldırma idman növləri üzrə çox yaxınlıq var. Hər iki ölkə öz güclərini səfərbər etməlidir ki, güləş bir idman növü kimi Olimpiya Oyunlarından çıxarılmasın.
Trend xəbər verir ki, bunu Bakıda səfərdə olan İran İslam Respublikasının gənclər və idman naziri Məhəmməd Abbasi Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla görüşü zamanı bildirib.