...

"Neftçi" ötənilki uğurunu təkrarlaya bilmədi: Böyükağa Hacıyev istefa verəcəkmi?

İdman Materials 24 İyul 2013 01:31 (UTC +04:00)
İyulun 23-də UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Trend-in məlumatına görə, turnirdə yeganə təmsilçimiz olan "Neftçi" klubu cavab oyununa çıxıb.
"Neftçi" ötənilki uğurunu təkrarlaya bilmədi: Böyükağa Hacıyev istefa verəcəkmi?

Azərbaycan, Bakı, 24 iyul /Trend/

İyulun 23-də UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Trend-in məlumatına görə, turnirdə yeganə təmsilçimiz olan "Neftçi" klubu cavab oyununa çıxıb.

Matç Azərbaycanın Ağdam rayonunun Ermənistan tərəfindən işğal edilməsinin 20-ci ildönümü ilə bağlı birdəqiqəlik sükutla başlayıb və futbolçularımız oyuna qara sarğı ilə çıxıblar.

İlk oyunda Bakıda 0:0 bərabərə qalan "Neftçi" klubu Albaniyada "Skenderbeu"nun qonağı olub. Son Azərbaycan çempionununu bu görüşdə istənilən qollu heç-heçə və ya minimal hesablı qələbə qane edirdi.

Lakin gərgin mübarizə şəraitində keçən oyunun əsas hissəsində qapılara qol vurulmayıb. Hesab bərabər olduğundan əlavə vaxt ayrılıb. Əlavə vaxtın ikinci hissəsində isə albanlar hesabı açıblar. (1:0)

Bununla da, Albaniyada "Skenderbeu" "Neftçi"yə qalib gəlib.

Xatırladaq ki, oyundan öncə "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev oyundan öncə keçirdiyi mətbuat konfransında bəyan etmişdir ki, rəhbərlik etdiyi klub növbəti mərhələni keçməyəcəyi halda vəzifəsindən istefa verəcək.

Qeyd edək ki, "Skenderbeu" III təsnifat mərhələsində "Şaxtyor" (Qazaxıstan) ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti