...

Buxarestə ingilis hücumu, Amsterdamda sülh, almanların qələbəsi

İdman Materials 2 Oktyabr 2013 01:39 (UTC +04:00)
UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun oyunları keçirilib.
Buxarestə ingilis hücumu, Amsterdamda sülh, almanların qələbəsi

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun oyunları keçirilib.

Trend-in məlumatına görə, ilk oyun günündə E, F, G və H qruplarının qarşıdurmaları baş tutub.

E qrupunda ev sahibləri qələbə üzünə həsrət qalıblar. Belə ki, "Bazel" doğma meydanda "Şalke"yə 0:1 hesabı ilə məğlub olub.

"Çelsi" isə səfərdə Rumıniyanın "Styaua" klubunu darmadağın edib - 4:0.

Digər böyük hesablı qələbə isə Dortmundda qeydə alınıb: "Borussiya" "Marsel"i 3:0 hesabı ilə məğlub edib.

Doğma meydanda "Milan"ı qəbul edən "Ayaks" son dəqiqədə qol vursa da, hesabı qoruya bilməyib - 1:1.

"Zenit" - "Avstriya" matçında isə hesab açılmayıb.

Bütün oyunların nəticələri:

"Bazel" (İsveçrə) - "Şalke" (Almaniya) - 0:1
"Styaua" (Rumıniya) - "Çelsi" (İngiltərə) - 0:4
"Arsenal" (İngiltərə) - "Napoli" (İtaliya) - 2:0
"Borussiya" (Dortmund, Almaniya) - "Marsel" (Fransa) - 3:0
"Zenit" (Rusiya) - "Avstriya" (Avstriya) - 0:0
"Porto" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya) - 1:2
"Seltik" (Şotlandiya) - "Barselona" (İspaniya) - 0:1
"Ayaks" (Hollandiya) - "Milan" (İtaliya) - 1:1

Məqalədə:
Xəbər lenti

Xəbər lenti