...

Azarkeşlər "Qəbələ"ni xərcə saldılar

İdman Materials 17 Oktyabr 2013 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Premyer Liqanın IX turunun oyunları ilə bağlı qərarlar qəbul edilib.

Oktyabrın 4-də Premyer Liqanın IX turunun "Rəvan" - "Xəzər Lənkəran" matçında "Rəvan" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

"Qəbələ" - "Neftçi" matçının 76-cı dəqiqəsində "Qəbələ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

AZAL - "Simurq" matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

"Sumqayıt" - "İnter" matçının 66-cı dəqiqəsində "Sumqayıt" klubunun 10 №-li futbolçusu Ruslan Qurbanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Xəbər lenti

Xəbər lenti