...

Maurisio Süleyman Dünya Boks Şurasının müvəqqəti prezidenti təyin edilib

İdman Materials 23 Yanvar 2014 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Dünya Boks Şurasının (World Boxing Council, WBC) vəfat edən prezidenti Xose Süleymanın oğlu Maurisio Süleyman müvəqqəti olaraq təşkilatın rəhbəri vəzifəsinə təyin edilib.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata əsasən, o, yaxın 90 gün ərzində prezident vəzifəsini icra edəcək.

Məlumata görə, fevralın 2-7-də Şanxayda WBC-nin Direktorlar Şurasının iclası keçiriləcək. İclas zamanı təşkilatın yeni rəhbərinin namizədliyi müzakirə ediləcək. Əsas namizəd M.Süleyman olsa da, onun bu postu tutmaq istəyi yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti