...

Maurisio Süleyman Dünya Boks Şurasının sədri seçilib

İdman Materials 12 Fevral 2014 12:59 (UTC +04:00)
Dünya Boks Şurasının icraçı katibi Maurisio Süleyman bu qurumun prezidenti seçilib. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" təşkilatın rəsmi saytına istinadən xəbər yayıb.
Maurisio Süleyman Dünya Boks Şurasının sədri seçilib

Azərbaycan, Bakı, 12 fevral /Trend

Dünya Boks Şurasının icraçı katibi Maurisio Süleyman bu qurumun prezidenti seçilib. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" təşkilatın rəsmi saytına istinadən xəbər yayıb.

Şuranın yeni rəhbərinin seçkisi Meksikada keçirilib. Seçki Komissiyasının (26 nəfər) qərarı yekdil olub.

Əvvəllər bu vəzifəni 39 il ərzində yanvarın 17-də 82 yaşında vəfat etmiş Xose Süleyman tutmuşdu. Ölümündən sonra onun oğlu Maurisio Süleyman müvəqqəti olaraq DBŞ sədrinin səlahiyyətlərini icra edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti