...

Qadın güləşçilərimiz Almaniya Qran Prisində iştirak edəcəklər

İdman Materials 6 İyun 2014 16:45 (UTC +04:00)
7-8 iyun 2014-cü il tarixdə Almaniyanın Dormagen şəhərində qadın güləşi üzrə Qran Pri beynəlxalq turniri keçiriləcək.
Qadın güləşçilərimiz Almaniya Qran Prisində iştirak edəcəklər

Azərbaycan, Bakı, 6 iyun /Trend/

7-8 iyun 2014-cü il tarixdə Almaniyanın Dormagen şəhərində qadın güləşi üzrə Qran Pri beynəlxalq turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, Belarusun "Stayki" Olimpiya İdman Kompleksində bu ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışını başa vuran qadın güləşi yığmamız turnirdə iştirak edəcək.

Yığma komandanın baş məşqçisi Yaqub Məmmədovun rəhbərliyi altında turnirdə 3 güləşçimiz - Mariya Stadnik, İrina Netreba və Nadya Sementsova qüvvəsini sınayacaqlar.

Xəbər lenti

Xəbər lenti