...

Altay Həsənov: "Ümidvaram ki, bədii gimnastika üzrə Avropa çempionatı çox gözəl təşkil olunacaq" (FOTO)

İdman Materials 12 İyun 2014 13:06 (UTC +04:00)
"Bakı üçüncü dəfədir ki, gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edir. Ümidvaram ki, bədii gimnastika üzrə 30-cu Avropa çempionatı da ötən çempionatlar kimi çox gözəl təşkil olunacaq".
Altay Həsənov: "Ümidvaram ki, bədii gimnastika üzrə Avropa çempionatı çox gözəl təşkil olunacaq" (FOTO)

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.Mehdiyev/

"Bakı üçüncü dəfədir ki, gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edir. Ümidvaram ki, bədii gimnastika üzrə 30-cu Avropa çempionatı da ötən çempionatlar kimi çox gözəl təşkil olunacaq". Trend-in məlumatına görə, bunu iyunun 13-15-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib.

Onun sözlərinə görə, paytaxta gələn gimnastlar parlaq çıxışları ilə azarkeşləri sevindirəcəklər. Onun sözlərinə görə, bu il bədii gimnastika üzrə Avropa çempionatı ötən illərdə keçirilən çempionatlardan fəqrli olaraq gözəl, yeni möhtəşəm arenada təşkil edilir: "Arena aprel ayında ölkə başçısı tərəfindən açılıb. Arenada hər cür şərait yaradılıb. Ona görə də ümidvaram ki, çempionat yüksək səviyyədə keçiriləcək".

A.Həsənov qeyd edib ki, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarında gimnastikanın 6 növü olacaq: "Ona görə də Avropa çempionatı bizim üçün böyük bir təcrübə olacaq".

Qeyd edək ki, bədii gimnastika üzrə yubiley Avropa çempionatı iyunun 13-15-də Milli Gimnastika Arenasında keçiriləcək. 9 medal dəsti uğrunda qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti