...

Azərbaycan yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi üçün müraciət edib (FOTO)

İdman Materials 7 İyul 2014 14:28 (UTC +04:00)
Azərbaycan Yelkənli İdman Federasiyasının Prezidenti Qüdrət Qurbanovla Beynəlxalq Yelkənli İdman Federasiyasının (İSAF) Prezidenti Karlo Kroçe və Avropa Yelkənli İdman Federasiyasının (EUROSAF) prezidenti Marco Predieri ilə görüş keçirilib.
Azərbaycan yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi üçün müraciət edib (FOTO)

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Azərbaycan Yelkənli İdman Federasiyasının Prezidenti Qüdrət Qurbanovla Beynəlxalq Yelkənli İdman Federasiyasının (İSAF) Prezidenti Karlo Kroçe və Avropa Yelkənli İdman Federasiyasının (EUROSAF) prezidenti Marco Predieri ilə görüş keçirilib.

Federasiyanın mətbuat xidmətindən Trend-ə bildiriblər ki, görüş zamanı Qüdrət Qurbanov son illər yelkənli idman növünə gənc nəsil arasında marağın atdığını vurğulayaraq, Azərbaycanda yelkənli qayıq idman növünün yaranma və inkişaf tarixindən bəhs etmiş, qeyd edilən idman növünün Azərbaycan Respublikasında inkişaf etdirilməsi ilə əlaqədar Azərbaycan Yelkənli İdmanı Federasiyası tərəfindən hazırlanmış inkişaf planı, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat vermişdir.

Qüdrət Qurbanov Azərbaycanın Xəzər dənizi sahillində yerləşməsini, xüsusilə də Bakı körfəzinin coğrafi mövqeyinin, doğma şəhərimizin küləklər diyarı olmasını, şəhərin ətrafında getdikcə artan turizm və istirahət zonalarının mövcudluğunu və bu idman növünün inkişafı üçün münbit şəraitin olduğunu qeyd etmişdir.

Azərbaycan Respublikasının beynəlxalq səviyyəli yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan Qüdrət Qurbanov Bakı şəhərində mövcud olan hava şəraitinin yelkənli qayıq yarışlarının keçirilməsi üçün çox əlverişli olduğunu bildirərək, yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə yeniyetmələr arasında 2016-cı ildə keçiriləcək dünya dempionatına Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin ev sahibliyi etmək istəyi barədə məlumat vermişdir.

Karlo Kroçe də öz növbəsində Azərbaycan Respublikasının belə bir təşəbbüslə çıxış etməsini çox müsbət qarşılayaraq, Azərbaycanın hazırkı vaxtadək ev sahibliyi etdiyi beynəlxalq idman yarışlarının yüksək səviyyədə keçirildiyini və 2015-ci ildə 1-ci Avropa Olimpiya oyunlarının Vətənimizdə keçirilməsinin beynəlxalq idman ictimaiyyəti tərəfindən Respublikamızda idman sahəsində görülən işlərə verilən qiymətin təsdiqinin bariz nümunəsi olduğunu bildirmişdir.

Beynəlxalq Yelkənli İdman Federasiyasının (İSAF) və Avropa Yelkənli İdman Federasiyasının (EUROSAF) rəhbərləri ümumiyyətlə Azərbaycanda yelkənli idman növünün inkişafının yeni mərhələsinə böyük ümidlər bəslədiklərini qeyd edərək, bu işdə müvəffəqiyyətlər arzulamışlar və öz geniş beynəlxalq səlahiyyətləri çərçivəsində Azərbaycan Yelkənli İdman Federasiyasına (AYİF) daimi lazımi dəstək verilməsinə hazır olduqlarını bir daha vurğulamışlar.
Görüşün sonunda Qüdrət Qurbanov Beynəlxalq Yelkənli İdman Federasiyasının (İSAF) prezidenti Karlo Kroçeni Azərbaycana səfər etməyə dəvət etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti