Azərbaycan, Bakı, 20 avqust /Trend/
Azərbaycan idmançısı Səid Quliyev Çinin Nancinq şəhərində keçirilən yeniyetmələrin ikinci Yay Olimpiya Oyunları çərçivəsində taekvondo yarışının qalibi olub.
Trend-in məlumatına görə, 73 kq-da mübarizə aparan S.Quliyev finalda almaniyalı Həmzə Adnan Kərimi 10:4 hesabı ilə məğlub edərək ölkəmizə yeniyetmələrin II Yay Olimpiya Oyunlarında ilk qızıl medalı qazandırıb.
Beləliklə, Azərbaycan komandasının aktivində 1 qızıl və 4 gümüş medal var.