...

"Real" min qol vuran ilk komanda oldu

İdman Materials 17 Sentyabr 2014 14:06 (UTC +04:00)
Madridin "Real" futbol komandası Avrokubok yarışlarında min qol vuran ilk klub olub.
"Real" min qol vuran ilk komanda oldu

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Madridin "Real" futbol komandası Avrokubok yarışlarında min qol vuran ilk klub olub. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, yubiley qolu Kərim Benzema vurub.

Fransız futbolçu Çempionlar Liqasının qrup mərhələsinin "Bazel"ə qarşı keçirilmiş ilk oyunda fərqlənib. Bu siyahıda "Barselona" (980 qol) ikinci, "Bavariya" (799 qol) isə üçüncüdür. Qeyd edək ki, "Real" min qolu 427 oyunda vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti